Lahıc qəsəbəsində "Bədöyün" məscidi əsaslı təmir olunur - İsmayıllı RİH

Lahıc qəsəbəsində

"2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyeva İsmayıllı rayonu Lahıc qəsəbəsinə səfərdə olarkən sakinlər "Bədöyün" məscidinin təmirinə köməklik olunması barədə xahiş edib. Birinci vitse-prezident məscidə gedərək vəziyyətlə tanış olub və əsaslı təmir olunması barədə tapşırıq verib”.


Sfera.az-ın məlumatına görə, bu sözlər İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən açıqlamadandır.


"Bundan sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, "Bədöyün" məscidində tədqiqat işləri aparıb. Bu işlər Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.


 

Koronavirus pandemiyası ilə əlaqədar təmir müvəqqəti dayandırılsada, sərt karantin rejiminin yumşaldılmasından sonra işlərə yenidən başlanılıb. Məscid öz orijinal formasına uyğun təmir-bərpa və konservasiya ediləcək. Təmir Heydər Əliyev Fondunun dəstəyi ilə edilir”.


Qeyd edək ki, Lahıc qəsəbəsində 5 məscid var. "Bədöyün" məscidi 1791-ci ildə inşa olunub. Abidənin üzərində səkkiz kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə hədislərdən sonra, Hicri 1295-ci il (1878-ci il) və Hicri 1323-cü il (1905-ci il) tarixləri qeyd edilib.





OXŞAR XƏBƏRLƏR