Laçında minaya düşən “Azərişığ”ın əməkdaşının ayağı amputasiya olundu
21:56 / 22.11.2021
2302
Laçın rayonunun Güləbird kəndi ərazisində "Azərişıq” ASC-nin əməkdaşı, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sfera.az-a Laçın Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.