Laçında minaya düşən “Azərişığ”ın əməkdaşının ayağı amputasiya olundu

Laçında minaya düşən “Azərişığ”ın əməkdaşının ayağı amputasiya olundu
Laçın rayonunun Güləbird kəndi ərazisində "Azərişıq” ASC-nin əməkdaşı, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sfera.az-a Laçın Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus AŞKARLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. AQTA-dan Sfera.az-a verilən məlu...

"Qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz" - Prokurorluqdan helikopter qəzası ilə bağlı yeni açıqlama

"Belə bir hadisənin baş verməsi təəssüf hissi doğurur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”. Bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mah...

Aygün Bayramovaya AĞIR İTKİ

Xalq artisti Aygün Bayramovanın anası dünyasını dəyişib.  Sfera.az xəbər verir ki, bu barədə xalq artisti Nəzakət Teymurova "Facebook" hesabında məlu...

Baş redaktor ailmlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət

Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənim...

Ov qaydalarını pozan şəxslər cəzalandırıldı

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun "Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs sax...

Səlim Müslümovun həbs müddəti UZADILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə ibtidai istintaq davam edir.   Sfera.az xəbər verir ki, sabiq nazir barə...