Laçın və Zəngəzur koridorları: “Azərbaycan qlobal layihənin mərkəzindədir” - Fərhad Məmmədov

Laçın və Zəngəzur koridorları: “Azərbaycan qlobal layihənin mərkəzindədir” - Fərhad Məmmədov
İyulun 30-dan avqustun 10-a qədər Özbəkistanın cənubunda Əfqanıstanla sərhəddəki "Termez” poliqonunda hərbi təlimlər keçiriləcək. Rusiyanın təşkil etdiyi təlimlərdə Özbəkistan hərbçiləri də iştirak edəcək. 

Qeyd edək ki, ABŞ-ın Əfqanıstandan çıxma qərarı və Kabildəki vəziyyətin Türkiyənin nəzarətinə keçməsi, Talibanın çoxsaylı vilayətləri tutması Mərkəzi Asiyadakı geosiyasi durumu dəyişib. Rusiyanın isə koridorlar planı olan bir dönəmdə təlimlərə start verməsinin bəzi səbəbləri var. Əslində Kreml Qara dənizdə olduğu kimi, müxtəlif regionlara aid koridorların işində yaxından iştirak etmək istəyir. Onların maraq dairəsinə Laçın və Zəngəzur dəhliziləri də daxildir.
 
O ki qaldı olayların siyasi tərəflərinə...

"Rusiyanın bu təlimlərdə iştirakı onun Mərkəzi Asiyada hərbi mövcudluğunun təsdiqidir. Digər tərəfdən Əfqanıstanda hələ də hakimiyyət uğrunda mübarizə bir siyasi formaya salınmayana qədər hərbi sahə ən vacib sahədir.

Əlbəttə, Rusiya və bütün digər ölkələr əvvəllər Talibanla hər hansısa bir münasibət qurmurdularsa, ABŞ oradan çıxandan sonra demək olar ki, bütün əsas oyunçular taliblərlə danışıqlara getməyə meyillidirlər”deyən politoloq Fərhad Məmmədov əlavə etdi ki, Rusiya Avrasiyadakı strateji kommunikasiyalarda (yollar, dəhlizlər) iştirakını fəal şəkildə təmin etmək niyyətindədir.

Sfera.az bildirir ki, Bizim.Media-ya açıqlamasında politoloq vurğuladı ki, Azərbaycanla Ermənistan arasında olan kommunikasiyaların Rusiyanın hazırladığı Şimal-Cənub dəhlizlərinə salınması artıq bir faktdır:

"Yəni bu, sənəd kimi iki həftə bundan öncə qəbul olunub və bu istiqamətdə də onlar öz strategiyalarını qururlar. Əfqanıstan ərazisi bir çox dəhlizlərdən kənar qalıb, çünki tarixən orada müharibələr yaşanıb, təhlükəsizlikdə problemlər mövcud olub. Ora yönələn əsas dəhlizlər şərq və cənub istiqamətlərində formalaşıb və formalaşa bilər. Orada Çin, ABŞ-ın da maraqları çox idi. Lakin görünən odur ki, Əfqanıstanda siyasi qüvvələr arasında mübarizə hələ də hərbi müstəvidə həyata keçirilir.”

Politoloqun fikrincə, Əfqanıstanda koridorların mümkünlüyü oradakı hərbi komponentlərin yoxa çıxması və yalnız siyasi amillərin qalması ilə baş verə bilər:

"Ona görə də, bu əlaqələndirmə bir az çətindir, amma Rusiyanın bu təlimlərdə iştirakı ilk növbədə KTMT-yə üzv olan dövlətlərin sərhədlərinin qorunması və Mərkəzi Asiyada öz hərbi mövcudluğunun təsdiq edilməsi məqsədilə reallaşdırılır.”

Politoloqun fikirlərinə əlavə olaraq qeyd edək ki, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Laçın koridoru və ilin sonuna qədər hazır olacağı prqnozlaşdırılan Zəngəzur dəhlizi Kiçik Asiya ilə (Türkiyə) Mərkəzi və Şərqi Asiya, həmçinin Rusiya-Çin arasında siyasi-iqitsadi meydançaya çevrilə bilər. Azərbaycan isə bu qlobal layihənin mərkəzindədir.




OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...