Laçın dəhlizinə Rusiya təkbaşına nəzarət etməməlidir – “Bakı və Ankara bu məsələni qaldırmalıdır”

Laçın dəhlizinə Rusiya təkbaşına nəzarət etməməlidir – “Bakı və Ankara bu məsələni qaldırmalıdır”
"Sərhəd keçid məntəqəsində, həm də  bütün yolboyu nəzarət Azərbaycanla birlikdə təmin edilməlidir. Bu, Rusiya Azərbaycan münasibətlərinin daha sağlam şəkildə inkişafı və regionda həqiqi sülhün təmin edilməsi baxımından zəruridir”

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti Rusiya sülhməramlılarının təkbaşına deyil, Azərbaycanla birlikdə həyata keçirməsi zəruriliyinə toxunarkən, QAFSAM-ın rəhbəri Araz Aslanlı deyib.

Həmsöhbətimiz düşünür ki, Laçın dəhlizi ifadəsindən istifadə edilməməlidir: "Bir ölkənin daxilində onun bir hissəsindən digər hissəsinə dəhliz olmaz. Azərbaycandan keçən hər hansı bir yol Ermənistanla Rusiyanı birləşdirsəydi, burada bəlkə də hansısa koridordan danışmaq olardı. Amma ölkə daxilində  beynəlxalq hüququn subyekti olmayan, sadəcə bir dövlət içində olan inzibati ərazi vahidin birindən digərinə aparan yolu dəhliz adlandırmamalıyıq”.

Politoloq hesab edir ki, Azərbaycanın mütləq suverenliyi altında olan bir ərazidə birmənalı olaraq Azərbaycanın nəzarəti olmalıdır: "Söhbət həm Ermənistan Azərbaycan sərhədinin Laçındakı hissəsindən, həm də bu sərhədlə Xankəndini birləşdirən və ölkəmizə aid olan yoldan gedir. Aydındır ki, müəyyən geosiyasi səbəblərdən,  müharibədən sonrakı dövrün xüsusi şərtlərindən irəli gələrək sözügedən ərazi hələlik Bakının nəzarətində deyil. Bunu müəyyən dövr üçün bir qədər anlamaq olar. Lakin bu halda da həmin ərazidə hansısa xarici hərbi qüvvə təkbaşına olmamalıdır”.
 
QAFSAM sədrinin fikrincə, Laçın yolunda birgə nəzarətə nail olmaq üçün Bakı Ankara ilə ortaq fəaliyyət göstətrməlidir: "Bu məsələdə maraqlı olan dövlətlər çoxdur. Həmin maraqlı qüvvə tək Rusiyadan ibarət deyil.  Prosesdən kənar qaldığını düşünün bəzi dövlətlər də problem yaratmaq üçün fürsət axtarır. Bunun olmaması üçün Azərbaycan Laçın yoluna birgə nəzarətə nail olmaq üçün addımlarını ehtiyatlı atmalıdır. Türkiyənin mənəvi və siyasi dəstəyini alaraq Rusiya ilə müzakirə etmək üçün məsələni Bakı və Ankara birlikdə qaldırmalıdır”.
 
Elçin
 
 

OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...