Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavəndlə bağlı AÇIQLAMA

Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavəndlə bağlı AÇIQLAMA
Ermənistanda baş verən proseslərdə Rusiya maraqlıdır. Çünki Baş nazir Paşinyanın "İsgəndər” raket sistemlərinin partlamadığı haqda açıqlama verməsi rusları çox ciddi narahat etdi. Ona görə də Paşinyana qulaqburması verməsi düşüncəsi ortaya çıxdı. Məhz bunun məntiqi davamı olaraq dünən Prezident Vladimir Putin Nikol Paşinyana, Xarici İşlər naziri Sergey Lavrov Ara Ayvazyana, Müdafiə naziri Sergey Şoyqu ilə Vqarşak Arutyunyana zəng etmişdi.

Bu sözləri politoloq Cümşüd Nuriyev fevralın 25-də Ermənistanda hərbçilərin hakimiyyəti götürmək cəhdini şərh edərkən bildirib.

Onun fikrincə, əslində Ermənistanda müşahidə olunan proses anlaşılandır: "Ancaq baş verənlər birmənalı Rusiyanın planıdır və ruslar onları cəzalandırmaq istəyir. Düşünürəm ki, ruslar buna nail olacaq, amma Paşinyan da hakimiyyətdən getməyəcək. Çünki indi Paşinyanın hakimiyyətdən getməsi rusların özünə də sərf etmir.

Ermənistanda belə gərgin durumda bizim bəzi nümayəndələrimiz deyirlər ki, Azərbaycan gedib Laçın dəhlizini alsın və s. Belə hallara yol vermək olmaz. Ruslar da bunu arzu edir. Mən əminəm ki, Laçın dəhlizi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd də sonda bizim olacaq. Odur ki, bu məsələlərdə bir qədər soyuq başla davranmaq faydalıdır”.
Cümşüd Nuriyev əlavə edib ki, əslində Baş nazir Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə qalması bizim üçün sərfəlidir: "Erməni hərbçilər isə sonda geri çəkiləcək. Orada Rusiyanın əsas adamı Baş Qərargah rəisinin birinci müavini Xaçaturyan idi. Onu da Paşinyan işdən çıxardı. Bundan sonra Baş Qərargah rəisi Onik Qasparyan birinci müavini ilə ortaq olduğuna görə bu addımı atdı. Hərbçilər Paşinyana heç nə edə bilməyəcək, əksinə geri çəkilmək məcburiyyətində qalacaqlar. Çünki görürlər ki, Myanmada hərbçilərin hakimiyyəti götürməsini dünya qəbul etmir. Əksinə orada hərbçilər ciddi problemlə qarşılaşıblar. Ermənistanda hərbçilərin hakimiyyəti götürməsi təkcə bu ölkənin imicinə zərbə olmaz, eyni zamanda onun gələcəyinə ciddi problem yarada bilər. Odur ki, bu mübarizədə hərbçilərin qalib gəlməsi ehtimalı yoxdur”.

(teleqraf.com)

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...