La Liqanın bərpa vaxtı açıqlandı

La Liqanın bərpa vaxtı açıqlandı
 

İspaniya Kral Futbol Federasiyasının prezidenti Xavyer Tebas ölkə çempionatının bərpa tarixini açıqlayıb.

Sfera.az xəbər verir ki, martda koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış La Liqa iyunun 11-də qaldığı yerdən davam edəcək.

İlk görüş isə "Betis" - "Sevilya" derbisi olacaq.

Qeyd edək ki, daha əvvəl İspaniyanın baş naziri Pedro Sançes çempionatın iyunun 8-də bərpa oluna biləcəyini söyləyib.

OXŞAR XƏBƏRLƏR