La Liqa mövsümünün başlanması təxirə salındı

La Liqa mövsümünün başlanması təxirə salındı
 İspaniya çempionatında yeni mövsümün startı təxirə salınıb.

Qeyd edilir ki, La Liqanın yeni mövsümünün sentyabrın 11-ə planlaşdırılan ilk matçı "Qranada” ilə "Atletik” arasında olmalı idi. Ancaq bu tarix İspaniya Krallığı Futbol Federasiyasını qane etməyib, federasiya apelyasiya verərək onu udub. Xatırladaq ki, La Liqanın prezidenti Xavyer Tebas matçların çərşənbə axşamı və cümə günü keçirilməsində maraqlıdır, lakin bu, federasiya tərəfindən dəstəklənmir.

"Qranada” – "Atletik" matçı sentyabrın 12-ə, "Alaves” – "Betis” oyunu isə ayın 13-ə təxirə salınıb.

Qeyd edək ki, İspaniya Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb. Hər iki liqada oyun ərzində 5 əvəzetmədən istifadə ediləcək. 

OXŞAR XƏBƏRLƏR