ÇL-də həftənin ən yaxşısı
17:55 / 04.12.2020
3205
Çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Sfera.az xəbər verir ki, "Çelsi"nin hücumçusu Olivye Jiru bu ada layiq görülüb. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Başakşəhər"dən İrfan Kahveci, "Zalsburq"dan Merqim Beriş və "İnter"dən Rumelu Lukakunu qabaqlayıb.
Jiru "Sevilya"ya 4:0 hesabı ilə qalib gəldikləri matçda komandasının bütün qollarının müəllifi olub.