“Kütləni təxribata yönləndirənlər cəzalandırılmalıdır” - Deputat

“Kütləni təxribata yönləndirənlər cəzalandırılmalıdır” - Deputat
 

"Ötən gün təkcə Bakıda yox, Sumqayıtda, Tovuzda da Orduya, dövlətə və Ali Baş Komandana dəstək aksiyaları keçirilirdi. Bununla xalq Ordusu ilə bir olduğunu göstərmək istəyirdi”.

Bu fikirləri "MediaPost”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas  deyib. O, yüksək əhval-ruhiyyə ilə keçirilən yürüşdə təxribat yaratmaq istəyənlərin xaricdən yönləndirildiyini söyləyib:

"Bakıda insanlar küçəyə çıxıb dəstəyini ifadə elədi. Təbii ki, müəyyən qruplar bundan istifadə etmək istədilər. Amma onların bu cəhdi alınmadı, istədiklərinə nail ola bilmədilər. Parlamentin binasına daxil olanlar layiqli cavablarını aldılar. Xaricdən və daxildən hansısa qüvvələr tərəfindən yönləndirilmiş bir qrup şəxs polis maşınını aşırmaqla, Milli Məclisə daxil olmaqla bu yürüşü gözdən sala bilməzlər.

İş qalır həmin şəxsləri yönləndirənləri tapmağa. Xüsusi xidmət servisləri o yönləndirib, onları Milli Məclisin binasına daxil olmağa istiqamətləndirənləri tapmalıdır. Gözdən salmaq cəhdləri olsa da, aksiyaya ləkə gətirə bilmədilər”.

Deputatın sözlərinə görə, aksiyaya dəstək məqsədilə qatılan gənclərdən bəziləri sonradan təxribata uyub:  

"Yürüşə gedən gənclərin bəziləri eyforiyaya qapılmışdılar. Kütləni yönləndirmək cəhdləri var. Həmin şəxslər ağır şəkildə cəzalandırılmalı, həm də onları yönləndirənlər tapılmalıdır. Bu, hər kəsə görk olmalıdır”.


OXŞAR XƏBƏRLƏR