"Kurtlar Vadisi Pusu" daha olmayacaq - Yayımı və çəkilişi dayandırıldı

Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu” tarixə qovuşub. 

Sfera.az  "Miliyyet.com”-a istinadən xəbər verir ki, bu barədə "Söyləməzsəm Olmaz” verlişinin aparıcısı Ömür

 Varol açıqlama verib. "Bəyaz Tv”-də yayımlanan verlişdə Varol bildirib ki, "Kurtlar Vadisi Pusu” bir daha

ekranlara qayıtmayacaq:

""Kurtlar Vadisi Pusu” hansı adla olursa olsun, o serial bundan sonra yayımlanmayacaq. O seriral daha çəkilməyəcək. Bunu ilk dəfə olaraq deyirəm. Dəqiq məlumatdır".


Qeyd edək ki, ötən gün "Söyləməzsəm olmaz” verlişi "Kurtlar Vadisi Pusu” ilə bağlı daha bir qalmaqalın üstünü

açıb. Belə ki, serialın 159-cu seriyasındakı kadrların birində üzərində "Ərdoğan” yazılmış baş daşı gözə dəyir.

Əslində baş daşı üzərindəki "Ərdoğan” sözünün uydurma olduğu sübut edilib. Jurnalist qəbirstanlığa gedərək,

həmin məzarla bağlı araşdırma aparıb. Məlum olub ki, "Pana Film" həmin baş daşının üzərində bilərəkdən

"Ərdoğan" sözünü yazıb. Bu səhnədəki subliminal mesajla prezident Rəcəb Tayyib Ərdoğanın hədəfə alındığını

iddia edən aparıcılar, dövlət başçısını həqiqətləri görməyə çağırıb.



OXŞAR XƏBƏRLƏR