Kürəkən evə gəlib qayınanasını zorladı

Kürəkən evə gəlib qayınanasını zorladı

Quba rayonunun kəndlərindən birində zorlama hadisəsi baş verib.

Sfera.az "publika.az"a istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayonun kəndlərindən birində yaşayan 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir) polisə müraciət edərək kürəkəninin onu zorladığını bildirib.

53 yaşlı qadının sözlərinə görə, qızının 34 yaşlı əri Elşad onun yaşadığı evə gəlib və tək olmasından istifadə edərək ona qarşı zor tətbiq edib. Kürəkən qayınanası ilə zorla cinsi əlaqədə olandan sonra uzaqlaşıb.

Dərhal aparılan araşdırmalardan sonra fakt təsdiqini tapıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin zorlama (149-cu) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Quba rayon Məhkəməsi onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçib.

Araşdırmalar zamanı o da məlum olub ki, hadisəni törədən 34 yaşlı kişi daha əvvəl də bir neçə dəfə qayınanasını zorlamaq istəyib.

Sonuncu dəfə isə o, kənd ərazisində pivə içib və spirtli içkinin verdiyi cəsarətlə, həmçinin qadının evdə tək olmasından istifadə edərək çirkin planını həyata keçirib.

Araşdırmalar davam etdirilir. 


OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....