Kürdüstan layihəsi və ya Tramp Qolan təpələrini niyə İsrail ərazisi kimi tanıdı?

Kürdüstan layihəsi  və ya Tramp Qolan təpələrini niyə İsrail ərazisi kimi tanıdı?
Proyektin reallaşma nöqtələri hansılardır?

"Donald Tramp 1967-ci ildən İsrailin işğalında olan Qolan təpələrini İsrail ərazisi kimi tanıdı. BMT Təhlükəsizlik Şurasının qərarları və beynəlxalq ictimaiyyətin ciddi etirazına baxmayaraq, Tramp bu mövzuda bir addım da geriyə atmadı, sərəncamı imzaladı. 
Dünya ictimiyyəti bu qərarın beynəlxalq nizamı pozduğunu, gücə əsaslanan yeni dünya nizamı gətirəcəyini əsas səbəb kimi göstərirdi”. Bu fikirləri analitik Turab Rzayev səsləndirib. Onun fikrincə, strateji təhlilçilər isə daha çox, ərazinin bərəkətli torpaqlara sahib olduğu üçün İsrailin qida ehtiyacının 70%-ni qarşıladığını, su qaynaqları və qida təhlükəsizliyi məsələsində İsrail üçün həyatı əhəmiyyətə malik olduğunu önə çəkirlər:
 
"Ərazi coğrafi təpəlik mövqeyinə görə də İsraildən həm hücumda, həm də müdafiədə istər Suriyaya, İstər Livana qarşı üstünlük qazandırır.
Qolan təpələrinin əsas strateji əhəmiyyəti isə, İsrail, Livan,Suriya, İordaniyanın kəsişməsində yerləşməsidir. Fəratın Şərqinin, İraqın və Şimali İraqın Aralıq dənizinə çıxışı ilkin olaraq Şimaldan, Hələb ətrafından nəzərdə tutulmuşdu. Türkiyənin, ərəb dünyası ilə arasına bufer zona çəkilməyinə, özünün strateji "vanna" mövqeyinin zəiflədilməsinə imkan verməyəcəyi və sərhəddində PYD (kürd) dövləti istəmədiyini kifayət qədər ciddi ifadə etməsindən sonra, bu plan arxivə qaldırıldı. Fərat Qalxanı və Zeytun Budağı əməliyyatları Qərbin bütün təzyiqlərinə baxmayaraq Şimal xəttini kəsdi. İndi Tramp Qolan təpələri üzərindən alternativ cənub xətti açmağı planlaşdırır. Bu yeni xətt, İraqın Şimalını və İraqdakı faydalı qazıntıları SDQ-nin nəzarətində olan ərazidən keçməklə birbaşa İsrailin Hayfa limanına çıxarmalıdır.
 
Proyektin reallaşma nöqtələri aşağıdakı kimidir:
 
1 İsrailin Hayfa limanı. 2. Faktiki İsrail nəzarində olsa da, artıq ABŞ-ın rəsmi olaraq İsrail ərazisi saydığı Qolan təpələri. 3. Süveyda bölgəsi. Əsasən dürzilərin yaşadığı bu ərazidə ABŞ bir dürzi dövləti və ya avtonomiyası yaratmaq fikrindədir. Gələcəkdə bu federal görünən, əslində mərkəzdən idarə olunmayan Suriyanın bir hissəsi və ya SDQ-nin müttəfiq ərazisi ola bilər. 4. Tanf bölgəsi, xəritədə yaşıl görünən, müxaliflərin əlində olduğu bu bölgə Fəratın qərbində olsa da, ABŞ burdan çıxmaqdan rəsmi olaraq imtina etdi. Hətta hal-hazırda Tanfda Amerika hərbi bazası yerləşir. 5. SDQ/PYD, məhz artıq ABŞ-ın ümumiyyətlə kürdlərin yaşamadığı Fəratın Şərq sahillərinin ən cənubuna qədər SDQ-nin yerləşməsində niyə maraqlı olduğu aydın olur. Həm Suriya, həm də İraqa keçid nöqtələrini nəzarətdə saxlamaqdan əlavə, həm də şimal qurşağına alternativ cənub qurşağını tamamlamaq üçün.
Maraqlı bir detal da, Qolanda eyni sayda olan ərəb və yəhudilərin (həsəi 23.000) hamısı İsrail vətəndaşı olduğu halda, sayı cəmi 3000 olan dürzilərin 80%-nin hələ də Suriya vətəndaşlığı daşımasıdır. Böyük ehtimal, Süveydada Dürzi dövləti qurularkən, onlaradan istifadə edilməsi nəzərdə tutulub”. 
 
Ekspert hesb edir ki, Qolan təpələrinin digər bir əhəmiyyəti də Körfəz ölkələrindən (xüsusilə Qatar) və Misirdən başlayıb Türkiyədən keçməklə və ya Hayfada bitən Avropanın enerji təhlükəsizliyini (əsasən təbii qaz tələbatı) təmin edəcək xətlərin Tanf-Süveyda-Qolan üçbucağından keçməsidir: "Topoqrafik mövqeyini nəzərə alsaq, Qolan bütün bu xətti nəzarətdə saxlamağa imkan verir”.

OXŞAR XƏBƏRLƏR