Kürdəmirdə yük və minik avtomobili toqquşub, ölən var

Kürdəmirdə yük və minik avtomobili toqquşub, ölən var
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Nəsibov Tacir Əhliman oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil həmin yolda hərəkətdə olarkən iritutumlu "Mercedes" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.

Minik avtomobilinin sərnişinləri - Quliyev Şöhrət Fikrət oğlu və Nəsibli Cavanşir Tacir oğlu müxtəlif dərəcəli bədən xəsarət alaraq, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR