Kürdəmirdə təcili tibbi yardım maşını yandı

Kürdəmirdə təcili tibbi yardım maşını yandı

Kürdəmirdə təcili tibbi yardım maşını yanıb.

Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus "Kamaz” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Qazel” markalı avtomobilin yanar hissələri yanıb. "Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR