Kürdəmirdə qətl hadisəsi ilə bağlı cinayət işi açıdı
14:26 / 08.04.2021
1028
Kürdəmir rayonunda qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Sfera.az xəbər verir ki, rayon sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlu hər iki bud nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb.
A.Səmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun hansı şəraitdə qətlə yetirilməsi hələ ki məlum deyil.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
(report)