Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var - FOTOLAR
15:50 / 24.03.2021
1324
Kürdəmir rayonunda yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb.
Belə ki, KIA markalı avtomobil "VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə "VAZ-2106” markalı maşının sürücüsü və sərnişini yüngül xəsarət alıb.
Fakt bağlı araşdırma aparılır.