Kürdəmir sakinlərindən külli miqdarda narkotik götürüldü - FOTO

Kürdəmir sakinlərindən külli miqdarda narkotik götürüldü - FOTO
 Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. 

Sfera.az xəbər verir ki, nəticədə Kürdəmir şəhər sakini, əvvəllər məhkum olunmuş Şaiq Faiq oğlu Əhmədovdan 7.551 qram heroin, 2.225 qram metamfetamin, 0.44 qram qurudulmuş marixuana götürülüb.

Eyni zamanda Kürdəmir rayonunun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Ramil Arif oğlu Bünyatovdan 4.013 qram heroin, 0.58 qram marixuana, 0.352 qram metamfetamin, Atakişili kəndinin digər sakini İldırım Soltan oğlu Əsədovdan 0.358 qram heroin aşkar olunaraq götürülüb.

Hər üç şəxs şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. Onlar ilkin dindirmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...