Kürdə batan 5 yaşlı uşağın meyiti tapıldı
20:01 / 06.07.2021
1755
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı il təvəllüdlü Şirinli Murad Bəxtiyar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.