Kür çayının səviyyəsi qalxır – Ətraf ərazilər su altında qala bilərmi?

Kür çayının səviyyəsi qalxır – Ətraf ərazilər su altında qala bilərmi?

"Qalxma davam edərsə, qurunt sularının səviyyəsi də qalxacaq. Bu da Salyan istiqamətində ətraf ərazilərə müəyyən fəsadlar yarada bilər”.


Bu sözləri Sfera.az-a açıqlamasında son ay ərzində Kür çayında suyun səviyyəsinin 3,2 metr qalxmasının səbəbləri və fəsadları barədə danışarkən Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev deyib:


"Çayda su rejimi artıb. Bir ara dağlara güclü qar yağdı, hava şəraiti isə elə də soyuq deyil.Nəticədə dağlardakı qarın əriməsilə Kürün suyu çoxalıb. Türkiyə, Ermənistan tərəfdə hazırda qar örtüyündə ərimələr gedir. Salyan tərəfdə isə Kürün deltasında çoxlu yığıntılar var. Kürün səviyyəsinin əvvəllər az olması həmin ərazidə çoxlu çöküntü materiallarının toplanmasına səbəb olmuşdu. İndiki halda həmin ərazidə suyun səviyyəsinin qalxmasının əsas səbəbi məhz Kürün deltasında olan çöküntülərin toplanması ilə bağlıdır”.

 

Həmsöhbətimiz çayın səviyyəsinin 3,2 metr qalxmasının ətraf üçün elə də təhlükəli olmadığı qənaətindədir:

 

"Səviyyənin 3,2 metr qalxmasının fəsadlarına gəldikdə, bu Kürün hansı nöqtəyə qədər qalxmasından asılıdır. İndiki halda, elə də ciddi təhlükə görmürəm. Çayın hündürlüyü qalxsa da, səviyyəsi ola bilsin əvvəlki normalməcraya çatıb.

 

Qalxma davam edərsə, qurunt sularının səviyyəsi də qalxacaq. Bu da Salyan istiqamətində ətraf ərazilərə müəyyən fəsadlar yarada bilər”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...