Küləkli havada nələri etmək olmaz? - Bakıda TƏHLÜKƏ

Küləkli havada nələri etmək olmaz? - Bakıda TƏHLÜKƏ
Xəbər verdiyimiz kimi bugün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 
 
Küləkli havalarda tikinti işlərinin getdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin hələ də görülmədiyinin şahidi oluruq. Təkcə sakinlər üçün deyil, həmçinin fəhlələr üçün də bu qaydalar gözlənilmir. Küləkli havaya rəğmən, tikinti işləri davam etdirilir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında deyib ki, havanın küləkli olması ilə əlaqədar olaraq, təhlükə riskli sahələrdə işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına daha ciddi riayət etmək lazımdır:

"Küləkli havanın təsirindən uçqun, aşma, dağılma ilə nəticələnə biləcək işlərin görülməsi həm orada çalışan işçilərin, həm də ətrafda olan insanlara və əmlaka zərər yetirə biləcəyini nəzərə alaraq təhlükəsizlik qaydalarını önə çəkir. Belə obyektlərdən biri də tikinti sahəsidir ki, küləkli havada orada çalışan işçilər hündürlükdə işlərin görülməsi zamanı həyatları üçün hər hansı təhlükə olmasın. Həm də tikinti sahəsində olan kimyəvi tərkibli mal-materiallar, dəmir konstruksiyalar, taxta və daş-kəsək parçalarını külək ətrafa dağıtmasın, insanların sağlamlığına, əmlakına zərər dəyməsin”.

Ekspertin sözlərinə görə, küləyin sürəti 15 m/s olanda açıq havada işçilərin çalışdırılması yolverilməzdir:

"Hündürlükdə görülən işlər dayandırıla və işçilər təhlükəsiz yerdə digər işlərin görülməsinə cəlb oluna bilərlər. Daha sonra işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilməlidir. Başında dəbilqə, xüsusi geyim  forması , iş ayaq geyimi, hündürlükdə görəcəyi işlə bağlı təhlükəsizlik kəməri,eynək,əlcək ilə təmin olunmalıdır. Küləkli havada tez alışan, yanma riski yüksək olan materialların saxlanılması və daşınması zamanı da diqqətli olmaq lazımdır. Küləkli havada yanğın olarsa, daha geniş miqyasda yayıla bilər”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında əsən güclü külək axşam mülayimləşəcək.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu BİLDİRDİ

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour&rdquo...

İlham Əliyev: "İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var"

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layih...

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota MÜƏYYƏNLƏŞDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.   Sfera.az xəbər verir ki...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci ...

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...