Gədəbəydə zorakılığa məruz qalan qadın ölüb, saxlanılan var

Gədəbəydə zorakılığa məruz qalan qadın ölüb, saxlanılan var

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

 

Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb. Belə ki, mayın 24-də Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

İbtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxışlar keçirilib, zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-genetik, kompleks məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizalar təyin olunub, sorğular verilib və digər zəruri istintaq və əməliyyat-axtarış hərəkətləri icra olunub.

 

Mayın 30-da, gecə saat 01 radələrində zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat edib və iş üzrə komisyon məhkəmə-tibbi ekspertiza təyin olunub.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən cinayət əməlini törədən şəxsin müəyyən olunması istiqamətində aparılan intensiv və çoxsaylı tədbirlər nəticəsində, iyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov şübhəli şəxs qismində tutulub və vəkilinin iştirakı ilə dindirmə zamanı törətdiyi əməli etiraf edib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

Bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqətində saxlanılır və bu istiqamətdə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...