“Ana” ləqəbli narkotacir həbs edildi - FOTO

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrup ifşa edilib. Əməliyyat zamanı “ana” ləqəbli Günel İbişova cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub.
Sfera.az xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb. Məlum olub ki, İbişova həyat yoldaşının türmədən verdiyi tapşırıqlarla narkotik vasitələrin tədarükünü təşkil edib.
Balakənə göndərilən narkotik vasitələrin qarşısı rayon polis şöbəsinin əməkdaşları tərəfindən alınıb. Əməliyyat zamanı şübhəli şəxslərdən biri Balakən rayonunda saxlanılıb. Onlardan ümumilikdə 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bildirilib ki, faktla bağlı cinayət işi açılıb və istintaq tədbirləri davam etdirilir.
Bəsti Rəfizadə
Sfera.az