Elgünün ölüm səbəbi bilindi - RƏSMİ

Elgünün ölüm səbəbi bilindi - RƏSMİ

Elgün İbrahimovun ölümü ilə bağlı istintaq davam etdirilir.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

 

Bildirilib ki,  mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

 

Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb.

 

İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb.

 

Həmçinin müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.

 

Bundan sonra E.İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul edib, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb, həmin vaxt E.İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib

 

Daha sonra E.İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilib, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

 

Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.

 

Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...