Həbsdə olan şəxsin daha bir cinayəti aşkarlanıb - FOTO

Həbsdə olan şəxsin daha bir cinayəti aşkarlanıb - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində, 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub. Əvvəllər dəfələrlə məhkum edilən və hazırda həbsdə olan Aqil Şirəliyev, həmin vaxt şəxsiyyətini gizlətmək məqsədilə maska ilə kamuflyaj olunaraq, gecə saatlarında rayon sakininə məxsus evə daxil olub.


Sfera.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev açıqlama verib. 


Ev sahibinə fiziki zorakılıq tətbiq edən Şirəliyev, soyuq silahdan istifadə edərək zərərçəkmişi hədələyib və onun pul vəsaitlərini ələ keçirib. Əməliyyat-istintaq tədbirləri və müvafiq ekspertizalar nəticəsində, cinayətin Aqil Şirəliyev tərəfindən törədildiyi müəyyən edilib.


Faktla bağlı araşdırmalar davam edir. 


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...