Masallıda itkin düşən qız tapıldı

Kriminal
13:02 / 27.05.2025
4196
Mayın 11-də Masallıda itkin düşən qız tapılıb.
Sfera.az bildirir ki, DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsin paytaxt ərazisində olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Masallının Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Ş. Fətullayeva saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşmüşdü.