Deputat Elgünün ölümündən danışdı: "Daha çox işləməliyik..."

Deputat Elgünün ölümündən danışdı: "Daha çox işləməliyik..."

"Cəmiyyətimizdə belə ağır və ağılasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik".

 

Sfera.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Gəncədə xəsarət alan 18 yaşlı oğlanın müəmmalı şəkildə ölümünə münasibət bildirərkən deyib.

 

“Çox təəssüf edirəm ki, belə amansız hadisə baş verib. Əminəm ki, Azərbaycan polisi, hüquq-mühafizə orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq, qanun qarşısında cavab verəcəklər. Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik.

Cəmiyyətimizdə belə ağır və ağılasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik. Təhsil müəssisələri, valideynlər, aidiyyəti qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmələrin, gənclərin tərbiyəsinə daha çox yatırım etməlidir. Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş, bu hadisə baş verməzdi, bir gəncin, bir ailənin ümidləri puç olmazdı”,- millət vəkili vurğulayıb.

 

Qeyd edək ki, mayın 12-də Gəncədə 2007-ci il təvəllüdlü Elgün İbrahimovun döyülərək öldürüldüyü bildirilir.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sab...

Əraqçi: "İsrail və ABŞ-nin İrana hücumları ağır nəticələrə gətirib çıxara bilər"

İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.   Sfera.az-ın TASS-a is...

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh l...

"Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq"-Natiq Məmmədli

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.   Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MED...

Oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Talısta...

Yaponiyanın Baş naziri NATO sammitində iştirakdan imtina edəcək

Yaponiyanın Baş naziri Sigeru İsiba Haaqada keçiriləcək NATO sammitində iştirakdan imtina etmək niyyətindədir.   Sfera.az TASS-a istinadən xəbər veri...