Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi - RƏSMİ

Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi - RƏSMİ

Qanunsuz yollarla vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş vəzifəli şəxs barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olmuş Yunisov Turab Nazim oğlunun qanunsuz əməlləri barədə həmin dövlət qurumundan daxil olmuş məlumat üzrə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

“İstintaqla Yunisov Turab Nazim oğlunun Dövlət Xidmətinin Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində müxtəlif vəzifələrdə hərbi qulluqçu qismində işləyərkən tanışı İbrahimov Səxavət Abas oğlu ilə qabaqcadan əlbir olub öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi və digər adlarla ayrı-ayrı şəxslərə məxsus pul vəsaitlərini külli miqdarda ziyan vurmaqla ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Turab Yunisov və Səxavət İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

Kiberdələduzluq hallarında cinayətkarlar necə müəyyənləşdirilir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

Bakı Kitab Mərkəzində “20 Yanvar - Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar - Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   Sfer...

Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir

Qəzzadakı atəşkəs rejimi, təbii, Türkiyə üçün vacibdir və Türkiyə atəşkəs rejiminin davamlı olmasını arzu edir.   Sfera.az xəbər verir ki,  bu f...

"Bu saziş İranın Rusiya-Ukrayna müharibəsində iştirakını leqallaşdırır" - AÇIQLAMA

Yanvarın 12-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.   Maraqlıd...

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: "Caller ID Spoofing" nədir, necə tətbiq olunur? - XƏBƏRDARLIQ!

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

"Kapital Bank"dan Hökümənin atasının üzləşdiyi dələduzluq halı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompens...