Narinin cinayətinə görə 12 nəfər SAXLANILDI

Narinin cinayətinə görə 12 nəfər SAXLANILDI

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı çay yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın ölümünün istintaqı davam edir.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Narinin əmisi Fuat Güranın həyat yoldaşı Hediye Güranın "Qəsdən adam öldürülməsində iştirak" maddəsi ilə həbsindən sonra saxlanılanların sayı 12-yə yüksəlib.

 

Məlumata görə, Ədliyyə Tibb Təşkilatının ilkin təsbitlərində sümük və toxuma nümunələrinin tədqiqi nəticəsində Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib.

 

Narinin yarılması prosesi zamanı hər növ cinayəti ortaya çıxaracaq 91 nümunə götürülüb. Cəsəddə gözlə görünən kəsici-deşici alət və ya güllə yarasının olmadığı qeyd edilib. Daxili qanaxma əlamətlərinin də olmadığı nəzərə çatdırılıb. Məhkəmə tibb ekspertləri uşağın meyitində çürümənin başladığını bildiriblər. Bu səbəbdən dəqiq ölüm vaxtı ilə bağlı açıqlamanı verməkdə çətinlik çəkdiklərini deyiblər.

 

Qeyd edək ki, səkkiz yaşlı qurbanın böyük qardaşı, anası və əmisi də həbs edilib.


    
Narinin anası Yüksel Güran və böyük qardaşı Enes Güran da qəsdən adam öldürmə cinayətində iştirak etmək ittihamı ilə həbs edilib. Böyük qardaş Güran daha əvvəl qolundakı dişləmə izlərinə görə saxlanılıb, lakin bu izlərin Narinə aid olub-olmadığı müəyyən olunmadığı üçün sərbəst buraxılıb.

 

Narinin ölümü ilə bağlı aparılan istintaq nəticəsində cəsədi dərə yatağında basdırdığını etiraf edən Nevzat Bəxtiyar adlı şəxs də həbs olunub.Bəxtiyar cəsədi Səlim Gürandan aldığını iddia edib.


Narinin əmisi Səlim Güran hadisə ilə bağlı tutularaq həbsə atılan ilk şübhəli olub. Güran qəsdən adam öldürməkdə şübhəli bilinərək həbs edilib.

 

Buna səbəb Narinin cəsədi tapılmamışdan əvvəl, sentyabrın 2-də əmisi Səlim Güranın avtomobilindən götürülmüş DNT nümunələrinin Narinin paltarından götürülmüş DNT nümunələri ilə üst-üstə düşməsi olub.

 

Ədliyyə naziri Yılmaz Tunç bu ilk həbsin ehtiyat tədbiri olaraq edildiyini açıqlayıb.

 

Narini kimin öldürməsi ilə bağlı suala hələ ki cavab verilməyib. Ümumi inam ondan ibarətdir ki, Narin görməməli olduğu bir hadisənin şahidi olub.

 

Əsas şübhəli əmi Səlim Güran Narini öldürdüyünə dair ittihamı qəbul etmir.

 

Narin yoxa çıxdıqdan sonra “WhatsApp” yazışmalarını silən Səlim Güran açıqlamasında seks işçiləri ilə görüşdüyünü ortaya çıxarmamaq üçün bu qeydləri sildiyini iddia edib. Səlim Güran daha əvvəl isə Narinin atası Arif Gürana məxsus tövlədə çoxlu güllə tapıldıqdan sonra bu mesajları sildiyini iddia etmişdi.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Hizbullah” İsrailin Livandakı mövqelərinə zərbələr endirdi

“Hizbullah” İsrail ordusunun Livanın cənubunda və İsrailin şimalında cəmləşdiyi yerə raket zərbələri endirib.   Sfera.az RİA Novostiyə is...

Pezeşkian səfirliyimizə hücumdan danışdı: "Bu məsələni izləyəcəyik..."

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.   Sfera.az ...

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...