25 güllə vurdu

25 güllə vurdu

Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonundakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü olaraq Lənkəran şəhər rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxs lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşıdır.



OXŞAR XƏBƏRLƏR

Prezident litvalı həmkarı ilə görüşdü - FOTO

Prezident İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb.   Sfera.az xəbər verir k...

Azərbaycanda bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb

Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Sfera.az ...

Dünya nəhəngləri arasında GƏRGİNLİK ARTIR: Çin ABŞ ilə nüvə danışıqlarını DAYANDIRDI

Çin demokratik yolla idarə olunan və öz ərazisi olduğunu iddia etdiyi Tayvana silah satışına cavab olaraq ABŞ ilə silahlara nəzarət və nüvə silahlarının yayılma...

"Sabah saat 00:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

19 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu  küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai pr...

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradıldı

Artıq məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı va Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyində...

Vilayət Eyvazov Qubada vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 17-də və 18-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Bu barədə S...