Bakıda 42 min manatlıq oğurluq edən şəxslər SAXLANILDI - FOTO/VİDEO

Bakıda 42 min manatlıq oğurluq edən şəxslər SAXLANILDI - FOTO/VİDEO

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıblar.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib. Silsilə oğurluq hadisələri paytaxtın Suraxanı rayonu və digər ərazilərində qeydə alınıb.

 

“Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həmin marketlərdən 2 min manatdan artıq nağd pul, 12 min manat dəyərində tütün məmulatları və ödəmə terminallarından 27000 manata yaxın maddi vəsait ələ keçiriblər. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törədən şəxslər - 2000-ci il təvəllüdlü Rəhman Məhərrəmov və 1975-ci il təvəllüdlü Cəbrayıl Bağırov saxlanılıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb”, - qurum bildirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb: “R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...

Polis tərəfindən güllələnmək üçün insanları girov götürdü

Almaniyada məhkəmədə qəribə iş üzrə proses gedir. Belə ki, məhkəmə bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onu güllələsin deyə qəsdən 6 nəfəri g...

Rihanna Nyu York Moda Həftəsində belə görüdü - FOTO

Barbados əsilli müğənni Rihanna həftəsonu Nyu-York Moda Həftəsində iştirak edərkən dəbli görünüş nümayiş etdirib. Sfera.az bildirir ki, Rihanna bu yaxınlar...