“Instagram” və “Telegram”da narkotik satan 148 səhifə BAĞLANDI

“Instagram” və “Telegram”da narkotik satan 148 səhifə BAĞLANDI

Son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi müşahidə olunmaqdadır. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır.

 

“Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədi ilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri - 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar. Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsi ilə leqallaşdırıblar. Aşkar olunan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir”.

 

Daxili İşlər Nazirliyi valideynlərə müraciət edərərək bildirib ki, uşaqların kibertəhlüksizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə onların üzərinə düşür.

 

"Övladlarınızı internetden təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırın və onları sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunduğu, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesabları ilə təmas qurmaqdan çəkindirin", - məlumatda qeyd olunub.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...