"Sədərəkdə" dollar alıb-satan tutuldu


Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bəzi şəxslərin müxtəlif ticarət mərkəzlərində gizli şəkildə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaları barədə daxili işlər orqanlarına əməliyyat məlumatları daxil olur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən daxil olan məlumat əsasında "Sədərək” Ticarət Mərkəzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayon sakini Bəxtiyar Mahmudov 5 min ABŞ dollarını 9225 manata satan zaman saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən əlavə olaraq 12 min 360 ABŞ dolları və 49 min 453 manat məbləğində pul vəsaiti aşkar olunub. İlkin dindirmə zamanı saxlanılan şəxs qeyd edilən ticarət mərkəzində qanunsuz olaraq səyyar şəkildə valyuta mübadiləsi ilə məşğul olduğunu bildirib.

Qeyd edilən faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Qeyri-qanuni valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqa zidd əməllərdən çəkinmələri tələb olunur.


OXŞAR XƏBƏRLƏR

Ukraynada 24 saat ərzində 343 yanğın baş verib

Son 24 saat ərzində Ukraynanın ekosistemlərində 343 yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətinin verdiy...

Prezidentdən sülh danışıqları ilə bağlı suala reaksiya - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir. ...

İlham Əliyev Oksfordda Finlandiya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb...

Prezident litvalı həmkarı ilə görüşdü - FOTO

Prezident İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb.   Sfera.az xəbər verir k...

Azərbaycanda bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb

Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Sfera.az ...

Dünya nəhəngləri arasında GƏRGİNLİK ARTIR: Çin ABŞ ilə nüvə danışıqlarını DAYANDIRDI

Çin demokratik yolla idarə olunan və öz ərazisi olduğunu iddia etdiyi Tayvana silah satışına cavab olaraq ABŞ ilə silahlara nəzarət və nüvə silahlarının yayılma...