İsmayıllıda iki nəfər saxlanıldı – FOTO

12:32 / 25.07.2024
6609
İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.
Məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Ülkər Abdurahmanlı