Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar VAR - FOTO/VİDEO

Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar VAR - FOTO/VİDEO

Səbail Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub.

 

Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəşad Şahbazov, 1992-ci il təvəllüdlü Ramik Babayev, sonuncunun tanışı 1993-cü il təvəllüdlü Taleh Məmmədyarlı, 2001-ci il təvəllüdlü Xəyal Məlikov və 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıblar. Onlardan ümumilikdə 16 kiloqram narkotik vasitə marixuana, heroin, tiryək və 35 ədəd ekstazi həbi aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər. 

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Polisin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdilir.

 

Altay

 


OXŞAR XƏBƏRLƏR

“Gərək yerə yıxardı, qolunu tutardı…” -Manaf Ağayevdən REAKSİYA

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədidə yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisəsi müzakirələrə səbəb olub. Mübahisə z...

Leyla Şıxlinskaya islam dinini qəbul etdi

Xalq artisti Leyla Şıxlinskaya İslamı qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış həkim Aydın Talışinski sosial media hesabında məlumat...

Səbinə Əliyeva Kadir Özkaya ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın baş...

Türkiyə parlamentində dava düşdü- VİDEO

Türkiyə Böyük Millət Məclisində deputatlar arasında dava düşüb. Sfera.az xəbər verir ki, hadisə AKP ilə DEM millət vəkillərinin arasında baş verib. Mə...

Ben Afflek və Cennifer Lopez evliliklərini xilas etməyə çalışırlar

Amerikalı müğənni və aktrisa Cennifer Lopez və onun “Oskar” mükafatlı həyat yoldaşı Ben Afflek iki il sonra dağılmaq üzrə olan evliliklərini xilas e...

Türkiyədəki fransız məktəbləri bağlana bilər

Türkiyə dövləti ölkə qanunvericiliyinin tələblərinə məhəl qoymayan 12 fransız məktəbinin fəaliyyətini tanımır.   Sfera.az xəbər verir ki, bu barədə T...