Azərbaycanda oğul anasını ÖLDÜRDÜ: "Onu başqa kişi ilə..." - VİDEO

Azərbaycanda oğul anasını ÖLDÜRDÜ:

Anasının başqa kişi ilə ailə qurmasını istəməyən oğul onu qətlə yetirib.

 

Sfera.az bildirir ki, universitetlərdən birində təhsil alan Xaləddin (Adlar şərtidir) imtahana hazırlaşırdı. Onu atası öldükdən sonra təkbaşına böyüdən anası Şahanə isə oğlunun gələcəyinə böyük ümid bəsləyirdi.

 

Amma son vaxtlar Xaləddin anasından şübhələnirdi. Şahanə işdən evə yorğun gəlir, öz otağında kiminləsə telefonda söhbət edir, gah da görüntülü danışırdı. O, şəxsi həyatını yaşamaq üçün hələ də gec olmadığını düşünürdü. Lakin bütün bunlar Xaləddinin gözündən yayınmır və onu getdikcə qıcıqlandırırdı.

 

Bir gün Şahanənin tanışı Rafiq onlara qonaq gəlir. Şahanə onu oğlu ilə tanış etmək istəyərkən, Xaləddin qəzəblənərək öz otağında gizlənir. Şahanə isə Rafiqə “fikir vermə, başa düşəcək” deyir və onlar mətbəxə keçib, söhbət edirlər.

 

Ertəsi gün səhər saatlarında Xaləddin evdən çıxıb anasının arxasınca gedir. Addım-addım izləyib görür ki, anası işə getmək əvəzinə kafedə Rafiqlə görüşür. Onlar isə münasibətlərini qanuniləşdirmək haqqında danışırdılar. Şahanə Rafiqlə danışıb, vacib bir işi birlikdə həll etməyə hazırlaşırdı. Xaləddin isə gecəni yuxusuz keçirmişdi. Anası evdən çıxmazdan əvvəl onun yataq otağına girib Rafiqlə son yazışmasını oxuyur. Başa düşür ki, bu gün onlar rəsmi nikaha daxil olmağa gedəcəklər.

 

Xaləddin qərar verir ki, buna imkan verməsin. Xaləddin anasının mənzildən çıxıb həyətə düşməsini izləyir. Sonra mətbəxdən bıçaq götürüb, onun arxasınca gedir. Anasına çatıb gətirdiyi bıçaqla ard-arda zərbələr endirərək onu qətlə yetirir. Hadisə yerindən qaçsa da, bir neçə gün sonra polis əməkdaşları tərəfindən həbs olunur.

 


OXŞAR XƏBƏRLƏR

Polisin "saxla" əmrinə tabe olmadı, piyadanı vurdu

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsü polisin “saxla” işarəsinə baxma...

Ərdoğan və Əsəd Moskvada görüşə bilər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.   Sfera.az xəbər ve...

Qəfil qatar yoluna qaçan uşaq faciəvi şəkildə öldü

22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış a...

ABŞ prezidentliyinə namizəd Kamala Harris kimdir?

ABŞ-ın vitse-prezidenti, 59 yaşlı Kamala Harris 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb. Sfe...

Xırdalanda yaşayış binasında yanğın- Sakinlərin təxliyə anı + VİDEO

Xırdalanda Həzi Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verib.   FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğı...

Baş nazirin sədrliyi ilə iclas: Qərar qəbul olundu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.   Nazirlər Kabinetindən Sfera.az-...