Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - RƏSMİ

Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - RƏSMİ

Ağdaşda bələdiyyə sədri və MMC direktoru həbs edilib.

 

Bu barədə Sfera.az-a Ağdaş rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki,  Ağdaşda bələdiyyə sədri və MMC direktorunun qanunsuz əməlləri ifşa edilib:

 

“Belə ki, Ağdaş rayonu, Kotavan kənd bələdiyyəsinin sədri Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi yığıncağının qərarı olmadan “Abadlıq-2012” adlı MMC ilə tikinti aparılması barədə müqavilə bağlamasına, həmçinin, MMC-nin direktoru Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib”.

 

Məlumata görə,  Ağdaş rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

 

Qurumdan həmçinin bildirilib ki,  “Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

 

İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Trampa dəstək üçün köynəyini cırdı - VİDEO

Güləş əfsanəsi Hulk Hoqan iyulun 18-də Viskonsin ştatının Milwaukee şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləmək üçün Respublikaçılar Partiya...

Dünyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə meşədən çıxdı: Onları buna nə vadar etdi?

Amazonunun yağışlı meşələri ilə zəngin olan Peru planetin ən təcrid olunmuş yerli qəbiləsinin məskənidir. Bu icmanın üzvləri əvvəllər evlərini tərk etmirdilər, ...

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Tayvan liseylərindən birinə aqressiv meymun sürüsü basqın edib. Onlar anomal istidən qaçaraq, həm də yemək axtarıblar. Sfera.az bildirir ki, meymun sürüsü ...

ABŞ-da səmada naməlum işıq parıltısından sonra qəribə vibrasiyalar müşahidə edilib

Nyu-Yorklular səmada güclü işıq çaxması və bunun ardınca ayaqlarının altında qəribə titrəyişlər hiss ediblər. Sfera.az bildirir ki, məlumata görə, meteor b...

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır - FOTO

Kim Kardaşyan keçmiş əri, reper Kanye Uestdən olan oğullarından birinin nadir dəri xəstəliyindən əziyyət çəkdiyini deyib. Sfera.az bildirir ki, Kim Karda...

Kəlbəcərdə mina partlayışlarında 3 nəfər yaralandı - YENİLƏNDİ

19:00   Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov ra...