Azərbaycanlı İŞİD-çilərə hökm oxundu

Azərbaycanlı İŞİD-çilərə hökm oxundu

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Vladimir Marfinin apellaysiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayətləri təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Ağcabəyov 13 il, V.Marfin 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Rufan Ağcabəyov və Vladimir Marfin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər.

Onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)”, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etdikləri bildirilib.

Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunub.



OXŞAR XƏBƏRLƏR

"Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, onlar da..." - Osman Gündüz provayderləri sərt TƏNQİD ETDİ

“Dövlət və özəl provayderlər sanki yarışa girməklə, sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən-birə 40% qaldırmaq istəyi...

Gürcüstanda yeni Baş prokuror seçildi

Gürcüstan parlamenti Giorgi Qabitaşvilini Baş prokuror vəzifəsinə seçib.   Sfera.az xəbər verir ki, bu prosesin lehinə 80 deputat yekdilliklə səs ver...

Magistraturaya qəbul olanların DİQQƏTİNƏ! - MÜDDƏT UZADILDI

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mər...

Azərbaycanda bu tarixdən internet bahalaşır - YENİ QİYMƏT

Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı internet provayderləri öz saytlarında ya...

Prezident Blenheim sarayına belə gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə &ld...

Azərbaycanın ixracı azaldı, idxalı artdı - SON RƏQƏMLƏR

Bu il Azərbaycanın ixracında azalma, idxalında isə artım müşahidə edilir.   Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin...