Astarada yaşlı qadının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT - VİDEO

Astarada yaşlı qadının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT - VİDEO

Astarada baş verən qətlin üstü açılıb.

 

Astara Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla rayonun Kakalos kənd sakinləri 37 yaşlı Vüsal Əskərov, 40 yaşlı Elmir Məmmədov və 40 yaşlı Şəmkir rayon sakini Bəhruz Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zeynəb Məmmədovanın yaşadığı evə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Mərhum – 77 yaşlı qadının oğlu Əfqan Məmmədov iddia edib ki, qonşuları Şəmkirdən gələn şəxslə birlikdə əvvəlcədən plan qurublar. Fürsət tapan kimi evə giriblər. Bundan sonra qadın qətlə yetirilib.

 

Şübhəli şəxslər mərhumun oğlu ilə daha əvvəl Bakıda görüşüblərmiş.

 

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi başlanıb. Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Süleymanov saxlanıblar.

 

İbtidai istintaq davam etdirilir.

 

Sfera.az mövzu ilə bağlı Xezerxeber.az-ın hazırladığı videomaterialı təqdim edir:

 


OXŞAR XƏBƏRLƏR

Metroda yenə problem - İntervaldan əlavə 11 dəqiqə gecikmə yarandı

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.&n...

Daha 369 kirayə mənzil satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 36...

Qlobal dövlət borcu bu il 100 trilyon dolları keçəcək - BVF

Bütün ölkələrin ümumi dövlət borcunun bu il 100 trilyon dolları keçəcəyi gözlənilir ki, bu da qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.   Sfera.az...

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, iclas oktyabrın 18-nə təyin edilib və gündəliyi aşağ...

"Simonyanın razılaşdırılmayan bəndlər barədə açıqlaması diplomatik hiylədir..." - ŞƏRH

“Azərbaycan və Ermənistan sülh sazişində 16 bənd üzrə tam razılığa gəlib. Sülhü bərqərar etməyin vaxtıdır”.   Bunu Ermənistan parlamenti...

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması sadəcə simvolik məna deyil, həm də..."

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində bayrağımızın ucaldılması Azərbaycan tarixinin dönüş nöqtəsi ...