I Qarabağ müharibəsindəki itkinlərə məxsus olduğu ehtimal edilən qalıqlar aşkarlandı

I Qarabağ müharibəsindəki itkinlərə məxsus olduğu ehtimal edilən qalıqlar aşkarlandı

Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib.

 

Hərbi prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

 

Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...