Xaçmazda 43 yaşlı qadın öldürüldü - Əri xəsarət aldı

Xaçmazda 43 yaşlı qadın öldürüldü - Əri xəsarət aldı

Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlunun xəsarətinin olması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR