Klinika rəhbərinin oğlu tanışını bıçaqladı

Kriminal
21:53 / 29.08.2023
12871
Biləsuvarda tanışlar arasında mübahisə birinin bıçaqlanması ilə nəticələnib.
Sfera.az məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Mübahisə zamanı 19 yaşlı Məhəmmədəli Hüseynzadə tanışı Səməd Buludlunu bıçaqla vurub.
S.Buludlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Məhəmmədəli Hüseynov rayonda fəaliyyət göstərən “Yovşan” klinikasının rəhbəri Xoşbəxt Ağayevanın oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb. (qafqazinfo)