86 yaşlı nənəsinin evinə basqın edən nəvəyə AĞIR CƏZA

86 yaşlı nənəsinin evinə basqın edən nəvəyə AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəmzi Bəşirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Sfera.az xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə R.Bəşirova səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

 

Qeyd edək ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə 2021-ci il sentyabrın 8-də Kürdəmir rayonu, Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girən bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, qadının nəvəsi R.Bəşirov müəyyən edilərək saxlanılıb.

 

Məhkəmədə R.Bəşirov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində işlədiyi dükana 7 000 manat borcu yaranıb. Həmin borcu ödəmək üçün nənəsi, zərərçəkmiş G.Məmmədovadan pul almaq istəyib. R.Bəşirov deyib ki, nənəsi pensiyasını yığdığına görə onda pul olmasını düşünüb. Bu məqsədlə də, o, 8 sentyabr 2021-ci il tarixdə səhər saatlarında G.Məmmədovanın evinə gedərək ondan pul istəyib. Qadın isə dayısının evdə olduğunu əsas gətirərək, pulu sonra verəcəyini vəd edib.

 

Həmin vaxt dayısı sərxoş halda evə gəlib və Rəmziyə pul veriləcəyini bilərək anası ilə dalaşmağa başlayıb. O, isə dayısı ilə nənəsini ayırıb. Nəticədə nənəsi xəsarətlər alıb. Sonra Rəmzi çıxıb gedib, bir müddət sonra polis əməkdaşları gəlib onu evindən şöbəyə aparıblar və həbs olunub. Məhkəmədən günahı olmadığı üçün bəraət verilməsini xahiş edib.(Pravda.az)


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...