“Tik-Tok”da “ustalıq edən” qadın tutuldu - VİDEO

“Tik-Tok”da “ustalıq edən” qadın tutuldu - VİDEO

Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

 

Daxili İşlrə Nazirliyindən (DİN) Sfera.az-a verilən məlumata görə, zərərəçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

 

Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...