“Yadındadır, qoyun otaranda səni...” – Uşaqlıq qisasını ahıl vaxtında aldı, QƏTLİN DETALLARI

“Yadındadır, qoyun otaranda səni...” – Uşaqlıq qisasını ahıl vaxtında aldı, QƏTLİN DETALLARI

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışı 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevi bıçaqlayaraq qətlə yetirən 1964-cü il təvəllüdlü Mahir Bayramova hökm oxunub.

 

Sfera.az xəbər verir ki, hadisə bu ilin iyunun 15-də Gədəbəy rayonunu Zəhmətkənd kəndində baş verib. Hadisənin təfərrüatlarını təqdim edirik:

 

Məlum olub ki, onlar uşaqkən birlikdə qoyun otarmağa gedərkən Məsim Mahirə qarşı seksual hərəkətlər edib. O zaman özündən yaşca böyük olan Məsimə müqavimət göstərə bilməyən Mahir üstündən illər keçdikdən sonra onu qətlə yetirib.

 

Hadisənin baş verdiyi günü qatillə qurban yeyib-içiblər. Məsim sərxoş olduqdan sonra Mahirə uşaqlıqda olmuş həmin hadisəni xatırladaraq gülməyə başlayıb. Təhqirlərə dözməyən Mahir stolun üzərindəki araq butulkasını Məsimin başına çırpıb. Bununla da qəzəbi soyumayan qatil bıçağı onun ürəyinə sancıb. Məsim hadisə yerində keçinib.

 

Məhkəmənin qərarı ilə Mahir Bayramov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Nəzrin


OXŞAR XƏBƏRLƏR