Universitetin prorektoru uşaqlarını öldürdü, arvadı...

Universitetin prorektoru uşaqlarını öldürdü, arvadı...

Türkiyənin Alaniya şəhərində, Xarkov şəhər Şurasının keçmiş deputatı, Karazin adına Xarkov Milli Universitetinin elmi işlər üzrə prorektoru Aleksey Navrotski azyaşlı övladlarını - 4 yaşlı oğlu və 6 yaşlı qızını öldürüb.

 

Şübhəlinin həyat yoldaşı vanna otağında gizlənə bilib.



Jurnalistlərin məlumatına görə, Ukraynadan olan ailə Alanyadakı apart-oteldə məskunlaşıbmış.



Ehtimallara görə, dünən səhər saatlarında ər-arvad arasında mübahisə düşüb, 38 yaşlı ukraynalı arvadına bıçaqla hücum edib, onu yaralayıb, uşaqlarını isə öldürüb. Qadın qaçaraq hamamda gizlənə bilib. Məlumata görə, zərərçəkənin qışqırıqlarını qonşu otaqda olan valideynləri eşidib və polisə müraciət edib.



Hadisə yerinə gələn həkimlər 4 yaşlı uşaq və onun 6 yaşlı bacısının öldüyünü bildiriblər. Şübhəli şəxs hadisə yerində yaxalanıb. Həyat yoldaşı Xarkovdan gəlib kirayədə qaldıqlarını, aşağı mərtəbədə qayınanası ilə, ərinin isə uşaqları ilə yuxarı mərtəbədə yaşadığını deyib.



Navrotskinin 37 yaşı var. Xarkov Milli Universitetini bank işi üzrə fərqlənmə diplomu ilə bitirib.


O, iki dəfə Xarkov rayon Sovetinə, 2015-ci ildə isə şəhər Sovetinə deputat seçilib. Müharibədən əvvəl o, Xarkov Milli Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb. Onun qətl zamanı öz hesabına məzuniyyətdə olduğu bildirilir. /lent.az/


OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...