Bakıdakı sifarişli qətlin səbəbi məlum oldu - (YENİLƏNİB)

Bakıdakı sifarişli qətlin səbəbi məlum oldu -  (YENİLƏNİB)

Bakıda sifarişli qətl törədilib.

 

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Sevil Rzayeva yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirilib.

 

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşının sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib.

 

Araşdırmalar zamanı məlum olub ki, S. Rzayevanın əri Rüstəm Rzayev Elşad Həsənov və onun qohumu Kərim Həsənova arvadını qətlə yetirmək üçün 2 min manat verib.

 

Həyata keçirilən tədbirlər nəticəsində R. Rzayev, E. Həsənov və K. Həsənov tutularaq istintaqa təhvil veriliblər.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

***

 

Bakıda törədilən sifarişli qətlin bızi detalları məlum olub. 

 

 

Musavat.com xəbər verir ki, qətlin sifarişçisi Rüstəm Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun Zabrat-Maştağa yolunun üstündə ticarət obyekti var və o, əsasən meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşğul olurmuş.

 

 

Həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R. Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən S. Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib.

 

 

R. Rzayev isə S. Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib. 

 

 

Ər 48 yaşlı arvadının qətlə yetirilməsi üçüm Elşad Həsənov və onun qohumu Kərim Həsənova 2 min manat verib.


OXŞAR XƏBƏRLƏR

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...