Kriminal avtoritetə YARAŞMAYAN HƏRƏKƏT: Bakıda “Ramazan sovqatı” adı ilə... – DETALLAR

Kriminal avtoritetə YARAŞMAYAN HƏRƏKƏT: Bakıda “Ramazan sovqatı” adı ilə... – DETALLAR
Bakıda kriminal avtoritet ağlasığmaz cinayət hadisəsi törədib.

Kriminal avtoritet "Seymur Naxçıvanski”, "Naxçıvanlı Seymur” kimi tanınan Firudin İsmayılov rəhbərlik etdiyi dəstə üzvləri birlikdə "Ramazan sovqatı” adı ilə evdar qadını aldadıb, ona qarşı quldurluq ediblər.

Sfera.az bildirir ki, lent.az həmin hadisənin detallarını əldə edib.

Hadisə bu il aprelin 26-da Nizami rayon ərazisində yerləşən binaların birində qeydə alınıb.

Belə ki, həmin binada yaşayan S.S (ad şərtidir) Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini deyib. Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olublar. Həmin şəxslər zərərçəkənin burnuna yumruqla zərbə endirərək əllərində olan bıçaqla hədələyiblər. Ev sahibindən pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Qadının şikayəti üzrə hərəkətə keçən hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Kənan Müzəffərli və Dilbər Hacıyevanı saxlayıb. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı "P” hərfini xüsusi vasitələrlə "R” ilə əvəzləyib. Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Təqsirləndirilən şəxslərin ifadələrindən və binanın kamera görüntülərindən məlum olub ki, onlarla birlikdə daha iki nəfər şəxsin bu cinayətdə əli var. Onlardan Kamran Abdulov axtarış zamanı tutulub. Cinayət işinin materiallarından görünür ki, bu işin əsas təşkilatçısı Seymur adlı şəxsdir.

Onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəfələrlə məhkumluq həyatı yaşayan Firudin İsmayılovdur.

Qeyd edək ki, Firudin İsmayılov Bakıda kriminal avtoritet kimi tanınıb və "Seymur Naxçıvanski” kimi çağırılır. O Azərbaycanda dəfələrlə məhkumluq həyatı yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb. Törətdiyi əməlləri də orada davam edib. Orda da iki dəfə məhkumluq həyatı yaşayıb. Bir müddət əvvəl o Türkiyədən Bakıya qayıdıb.

F. İsmayılovun saxlanması istiqamətində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində o, Azərbaycan sərhədindən Rusiyaya keçmək istəyərkən tutularaq istintaqa təhvil verilib və barəsində Nizami rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Saxlanılan hər 4 şəxsə Cinayət Məcəlləsinin 181.2.1-ci (əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Həmin cinayət işi üzrə ibtidai istintaq Nizami rayon Polis İdarəsində başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məhkəmənin baxış iclasında F.İsmayılov ifadə verib və özünü təqsirli bilib. O qeyd edib ki, onlar evə girən zaman qadının tək olmasından xəbərsiz olublar: "Biz evə girəndə mənzildə kişinin olacağını güman etmişdik. Mən qızılları götürəndən sonra xanımdan üzr istədim. Dedim ki, elədiyimizə görə bizi bağışlasın. Evdə qadının tək olduğunu bilsəydim girməzdim”.

Qeyd edək ki, həmin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...