Kremlin iddialarına SƏRT CAVAB: Türkiyə yerli raketlə Rusiya istehsalı olan \"Pantsir\"i belə vurdu - VİDEO
12:18 / 23.04.2021
2692
Türkiyə Rusiyanın SİHA-ları (Türkiyə istehsalı olan pilotsuz döyüş aparatları) hədəf alan açıqlamalarına cavab verib.
Sfera.az ölkə mətbuatına istinadən bildirir ki, Türkiyənin "Roketsan” şirkəti sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Belə ki, şirkət türk hərb sənayesinə aid "Roketsan"ın istehsal etdiyi ağıllı MAM-T raketinin Rusiya istehsalı olan "Pantsir"i vurması ilə bağlı hazırlanan animasiyanı paylaşıb.
Xatırladaq ki, ötən günlərdə "Rossiya-1” telekanalı Ukrayna-Rusiya gərginliyindən bəhs edən xəbərləri ""Bayraktar TB2” pilotsuz uçuş aparatlarının "Lantset" adlı kamikadze dronu yanında heç bir şansı yoxdur” başlığı ilə yayımlamışdı. Həmin verilişdə Türkiyənin Ukraynaya SİHA satdığı da iddia edilmişdi.
MAM-T raketinin "Pantsir"i vurduğu anı əks etdirən kadrları təqdim edirik:
Türkan
Sfera.az