“Kremlin əsl niyyəti bu görüşdə ortaya çıxacaq” – Abdullah Ağar

“Kremlin əsl niyyəti bu görüşdə ortaya çıxacaq” – Abdullah Ağar
"Ötən ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. İndi Rusiya həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib. Onun sözlərinə görə, bu gün Soçidə baş tutacaq görüş çox önəmlidir:

"Bu görüşdə Rusiyanın üzərinə çox böyük məsuliyyət düşür. Çünki son görüşdən 10 aydan çox vaxt keçib, bu müddət ərzində Azərbaycanın haqlarının pozulmasına dair bir yox, bir neçə fakt qeydə alınıb. Rusiya hər şeydən öncə Qarabağda sülhməramlıların fəaliyyət göstərdiyi yerlərdə Azərbaycanın haqlarını qorumalı, Ermənistanın Qarabağa iddialarının, bu istiqamətdə fəaliyyətlərinin, eyni zamanda sərhəd təxribatlarının qarşısını almalı, həm də Zəngəzur dəhlizinin açılmasına imkan yaratmalıdır. Hər halda regionda gərginliyi azaltmaq, münaqişəni bitirmək, sülhü bərqərar etmək istəyən bir ölkə bunu etməlidir”.

Ekspertin sözlərinə görə, türk ölkələri arasında əlaqələrin güclənməsi Moskvanı narahat etməməlidir:

"Hazırda Rusiyanın daxilində çoxlu sayda türk xalqı var. Hətta bu nöqteyi-nəzərdən Rusiya dünyanın ən böyük türk ölkələrindən biridir. Rusiya burada yaşayan türk xalqları vasitəsilə formalaşmaqda olan geosiyasi sistemdə ən önəmli faktorlardan birinə çevrilə bilər. Düşünürəm ki, Rusiya ilə türk dünyası, Azərbaycan və Türkiyə arasında çox önəmli geosiyasi əlaqələr qurula bilər. Ancaq hər şeydən əvvəl Rusiyanın bu reallığı öncədən görməsi, qəbul etməsi və praktiki fəaliyyət göstərməsi, öz baxış istiqamətini genişləndirməsi lazımdır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR